Ana Sayfa > Karusel / Siyasət > Məleykə Abbaszadə: “Bu il tarix fənni üzrə qəbul imtahanı proqramına Vətən müharibəsinə aid mövzular da daxil ediləcək”

Məleykə Abbaszadə: “Bu il tarix fənni üzrə qəbul imtahanı proqramına Vətən müharibəsinə aid mövzular da daxil ediləcək”


29-01-2021, 12:04. Yazar: Admin

 

Məleykə Abbaszadə: “Bu il tarix fənni üzrə qəbul imtahanı proqramına Vətən müharibəsinə aid mövzular da daxil ediləcək”

“COVID-19 pandemiyası 2020/2021-ci tədris ilində bəzi mövzuların mənimsədilməsində çətinliklər yaradıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

M. Abbaszadı deyib ki, karantin dövrünə təsadüf etdiyindən fənlər üzrə bəzi mövzuların tədrisi qənaətbəxş olmayıb: “Lakin bu o demək deyil ki, həmin mövzulardan ümumiyyətlə, sual salınmamalıdır. Azərbaycan dili ilə bağlı bir nümunəyə baxaq. 11-ci sinifdə tədris olunan dilçiliyin önəmli bölmələrindən olan “Üslubiyyat” üzrə bilik və bacarıqların təməli, əsasən, aşağı siniflərdə qoyulur, şagird bu bölmədəki əksər mövzular üzrə kifayət qədər məlumatla tanış olur. Buna görə də şagirdin bölmədəki bəzi mövzular üzrə tapşırıqları təhsilin aşağı pillələrində mənimsədiyi bilik və bacarıqlar əsasında cavablandırması mümkündür. Məsələn, elmi üslub haqqında məlumat həm 10-cu, həm də 11-ci sinif “Azərbaycan dili” dərsliklərində verilir. 11-ci sinifdə bu mövzunun tədrisi karantin dövrünə təsadüf etsə də, mövzu üzrə müəyyən tapşırıqlar 10-cu sinifdə mənimsədilmiş bilik və bacarıqlara əsasən cavablandırıla bilər. Burada hər hansı problem yoxdur”.

DİM sədi onu da əlavə edib ki, bu il tarix fənni üzrə qəbul imtahanı proqramına Vətən müharibəsinə aid mövzular da daxil ediləcək: “Bilirsiniz ki, müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də, biz Vətən müharibəsinə aid mövzuları “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələri isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcək”. APA


Geri dön