Ana Sayfa > Karusel / İqtisadiyyat > Ağdamda əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib

Ağdamda əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib


Bu gün, 16:57. Yazar: Admin

Ağdamda əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası təşkil olunub.

ƏƏSMN-dən Qarabaginfo.az-averilən məlumata görə, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 20-dək işəgötürən iştirak edib.

Bildirilib ki, yarmarkada əməliyyatçı mühasib, avtoçilingər, dəzgah operatoru, dərzi, mühəndis, elektrik-qaz qaynaqçısı, ofisiant, çeşidləyici, avtokar sürücüsü, mexanik və s. peşə istiqamətləri üzrə 160-dan çox vakansiya təqdim olunub.

"Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin, iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib", - məlumatda qeyd edilib.


Geri dön