Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Sabah Azərbaycanda rekord isti gözlənilir - PROQNOZ
Ana Sayfa > Karusel / Sosial > Sabah Azərbaycanda rekord isti gözlənilir - PROQNOZ

Sabah Azərbaycanda rekord isti gözlənilir - PROQNOZ


19-06-2026, 13:34. Yazar: Admin

Sabah Azərbaycanda rekord isti gözlənilir - PROQNOZ

 

Azərbaycanda iyunun 20-də havanın 39 dərəcə isti olacağı gözlənilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-32° isti olacaq.


Geri dön