Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb.
Qarabaginfo.az-ın xəbərinə görə, iyunun 19-da şəhərə 68 nəfərdən ibarət 18 ailə köçürülüb. Ailələrə yeni mənzillərinin açarları təqdim olunub və onların məskunlaşması üçün zəruri şərait yaradılıb.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qaytarılması davam etdirilir.