Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Belarus Ukraynaya nota verib
Ana Sayfa > Karusel / Siyasət > Belarus Ukraynaya nota verib

Belarus Ukraynaya nota verib


Bu gün, 16:06. Yazar: Admin

Belarus Ukraynaya nota verib

Bu gün Ukraynanın müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

Məlumata görə, diplomata iyunun 17-də Rusiyanın Bryansk vilayətində Ukraynanın pilotsuz uçuş aparatı tərəfindən Belarus vətəndaşlarını, əsasən uşaqları daşıyan mülki avtobusa edilən dron hücumu ilə əlaqədar etiraz notası təqdim olunub.

Ukraynalı diplomatın diqqətinə çatdırılıb ki, hücum nəticəsində Belarus vətəndaşı ölüb, daha altı vətəndaş, o cümlədən beş uşaq yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Belarus Ukraynadan hərtərəfli izahat, eləcə də dərhal və obyektiv araşdırma aparılmasını, habelə bütün günahkarların ciddi məsuliyyətə cəlb edilməsi barədə məlumat verilməsini tələb edib.


Geri dön