Ana Sayfa > Karusel / Gündəm > FHN-in Aran Regional Mərkəzi təlim keçirib - VİDEO

FHN-in Aran Regional Mərkəzi təlim keçirib - VİDEO


18-06-2026, 16:01. Yazar: Admin

FHN-in Aran Regional Mərkəzi təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.

Bu barədə Qarabaginfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə “xilas edilərək onlara ilk yardım” göstərilib.

Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Geri dön