Ana Sayfa > Karusel / Siyasət > “Sülh prosesini dayandırmaq istəyirsinizsə, məni devirin!” –Paşinyandan bəyanat

“Sülh prosesini dayandırmaq istəyirsinizsə, məni devirin!” –Paşinyandan bəyanat


Dünən, 20:31. Yazar: Admin

 

“Əgər Ermənistan vətəndaşları arasında bizim siyasi kursumuzla razılaşmayanlar varsa, sizə tövsiyə edirəm: bu gündən etibarən küçələrə çıxın, ölkədə inqilab edin və hökuməti dəyişdirin. Çünki bu prosesi dayandırmağın başqa yolu yoxdur”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 17 iyunda parlamentdə keçirilən sual-cavab sessiyasında bildirib.  Baş nazir seçkidəki rəqiblərini ölkəni sonsuz münaqişə məntiqinə qaytarmağa çalışdığını deyib.

Baş nazir deyib ki, Ermənistanın bütün xarici riskləri tam nəzarətdə saxlayır. Onun sözlərinə görə, bu gün dövlət üçün yeganə təhlükə mənbəyi revanşist qüvvələrin və onların ölkə daxilindəki vəkillərinin hərəkətləridir.

Paşinyan deyib ki, sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı Alma-Ata Bəyannaməsinin möhkəm təməli üzərində qurulub. “Lakin, şüarları, simvolları və özlərini 29.743 kvadrat kilometr ərazi ilə məhdudlaşdırmaq istəməmələri ilə parlamentə daxil olan müxalifət fraksiyaları, faktiki olaraq, qonşularına müharibə elan edir və birbaşa təhlükəsizlik təhdidləri yaradır, bütün qonşuların Ermənistana qarşı birləşməsinə səbəb olurlar”-deyə Paşinyan bildirib.

Baş nazir müxalifət şəbəkəsini birbaşa xarici mərkəzlər üçün işləyən “de-fakto və qanuni casus şəbəkəsi” adlandırıb.

“Bu təhdidlərin konkret adları var – Kaluqadan olan oliqarx, Robert Köçəryan və Belarus oliqarxı. Onlar öz yuvalarında əzilməlidir”, – deyə Paşinyan vurğulayıb. Baş nazir hökumət başçısı olduğu müddətcə bu qüvvələri, eləcə də onların bütün metastazlarını sistemli  şəkildə aradan qaldırmağa davam edəcəyinə söz verib.

Paşinyan bir daha təkrarlayıb ki, cəmiyyət revanşistlərin tam məğlubiyyəti ilə razılaşmadığı təqdirdə icra hakimiyyətini dəyişdirmək üçün küçələrdən istifadə etmək hüququna malikdir.


Geri dön