Ana Sayfa > Karusel / Region > Paşinyan Hikmət Hacıyevn Ermənistana səfərindən danışdı –"Vacib idi"

Paşinyan Hikmət Hacıyevn Ermənistana səfərindən danışdı –"Vacib idi"


Bu gün, 20:28. Yazar: Admin

 

“Ermənistan və Azərbaycan nümayəndələri arasında birbaşa əlaqələrin məqsədi sülh prosesində impulsu bərpa etmək və iki ölkənin sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləməkdir“.

Qarabaginfo.az bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə Hökumət Saatında çıxışında deyib. O, xüsusilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında Dilicanda keçirilən görüşü şərh edib.

Baş nazirin sözlərinə görə, seçkilərdən dərhal sonra Ermənistan üçün sülh prosesinin impulsunu qorumaq vacib idi: “Sülh prosesinin əvvəlki impulsunu bərpa etməsi bizim üçün çox vacib idi”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, oxşar anlaşma Azərbaycanda da mövcud idi və bu, Armen Qriqoryanla Hikmət Hacıyev arasında görüşə səbəb olub. “Təcrübəmiz göstərir ki, birbaşa ikitərəfli əlaqələr vacibdir”, – deyə Baş nazir vurğulayıb.

Baş nazir həmçinin bu formatda görüşün Ermənistanda ilk dəfə keçirilməsinin vacibliyini qeyd edib. O, növbəti görüşün çox güman ki, Azərbaycanda keçiriləcəyini bildirib. Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın sülh gündəliyinə sadiqliklərini təsdiqləmələri çox vacibdir.


Geri dön