Ana Sayfa > Karusel / İqtisadiyyat > HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir

HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir


Bu gün, 17:28. Yazar: Admin

HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir

Rəqəmsal iqtisadiyyat hazırda qlobal ÜDM-in 17,3 faizini təşkil edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal İctimai Audit" adlı sessiyada bildirib.

Onun sözlərinə görə, qlobal texnologiya xərcləri 2025-ci ildə 5,2 trilyon ABŞ dollarına çatıb: Bu göstərici dünya ÜDM-inin təxminən 4,4 faizinə bərabərdir və əvvəlki 4,9 trilyon dollarlıq proqnozu üstələyir".

Sədr müavini vurğulayıb ki, süni intellekt, böyük verilənlər analitikası və bulud texnologiyalarının inkişafı dövlət qurumlarının daha çevik və nəticəyönümlü fəaliyyət göstərməsinə imkan yaradıb.


Geri dön