Rusiyada yüngül mühərrikli təyyarələrin, eləcə də mülki PUA-ların 5200 metrə qədər yüksəklikdə uçuşları 20 iyundan növbəti xəbərdarlığa qədər məhdudlaşdırılacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-“Rosaviasiya” məlumat yayıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin təqdimatına əsasən, hava məkanına məhdudiyyətlər Moskva şəhəri, Moskva vilayətinin əksər hissəsi və Ryazan, Tula, Kaluqa, Tver, Yaroslavl və Vladimir vilayətlərinin bəzi hissələri üzərində tətbiq olunacaq.
“Rosaviasiya” istisnaların dövlət və eksperimental aviasiya təyyarələrinə şamil ediləcəyini vurğulayıb.