Ana Sayfa > Karusel / Region > İran və Rusiya XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

İran və Rusiya XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər


Bu gün, 13:45. Yazar: Admin

İranın xarici işlər naziri Abbas Əraqçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov

 

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın məlumatına görə, tərəflər söhbət zamanı İslamabad memorandumunu, eləcə də bəzi regional və ikitərəfli məsələləri müzakirə ediblər.

Əraqçi memorandumun detalları barədə məlumat verərək, onun müddəalarının düzgün icrasına görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib. İranlı nazir həmçinin Livana qarşı hücumların tam dayandırılmasının vacibliyini vurğulayıb.

Lavrov isə memorandum mətninin yekunlaşmasını alqışladığını bildirərək, Rusiyanın onun müddəalarının həyata keçirilməsini tam dəstəklədiyini qeyd edib.

Xarici işlər nazirləri beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının memorandumun icrasına dəstək verməsinin vacibliyini vurğulayıblar.

Tərəflər həmçinin region ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi məqsədilə diplomatik əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd ediblər.


Geri dön