Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
Ana Sayfa > Karusel / Gündəm > Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi

Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi


Bu gün, 09:59. Yazar: Admin

qezada-olen-meryemin-orqanlari-6-nefere-heyat-verdi

“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva dəfn edilib.

Qarabaginfo.az xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Nərmin Əliyeva bildirib ki, bacısı son mənzilə yola salınıb. O, paylaşımında Məryəmin ölümündən sonra da insanlara həyat bəxş etdiyini vurğulayıb: “Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi”.

O qeyd edib ki, həyata keçirilən orqan donorluğu sayəsində bir neçə insan yenidən yaşamaq şansı qazanıb: “Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.

 


Geri dön