Rusiya xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Hakan Fidan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Qarabaginfo.az xəbər verir ki, Lavrov türkiyəli həmkarı ilə görüşünün yekunu üzrə keçirdiyi birgə mətbuat konfransında Hakan Fidanla danışıqlarda regiondakı vəziyyətin müzakirə olunduğunu bildirib.
Rusiya XİN rəhbəri qeyd edib ki, Moskva və Ankara "3+3" regional əməkdaşlıq platforması çərçivəsində fəaliyyəti dəstəkləməkdə maraqlıdır.
Lavrov "3+3"-ün qapılarının Gürcüstana açıq olduğunu vurğulayıb.