Ana Sayfa > Karusel / Region > İran gəmiləri ABŞ-ın dəniz blokadası zonasından keçməyə başlayıb

İran gəmiləri ABŞ-ın dəniz blokadası zonasından keçməyə başlayıb


Bu gün, 11:10. Yazar: Admin

İran gəmiləri ABŞ-ın dəniz blokadası zonasından keçməyə başlayıb

3 tanker və 2 yük gəmisi Tehranla Vaşinqtonun razılaşmasından sonra Hörmüz boğazında ABŞ-ın dəniz blokadası zonasından keçib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İrana məxsus 3 neft tankeri və ərzaq məhsulları daşıyan 2 gəmi dəniz blokadasını keçərək hərəkətini davam etdirib.

Qeyd edək ki, ABŞ və İran iyunun 15-də razılaşma imzalayıb. ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılmasına icazə verdiyini bildirib.


Geri dön