Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Qarabaginfo.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumata görə, Armen Qriqoryan və Hikmət Hacıyev Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinə aid məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin, iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində görülə biləcək tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.
Məlumatda qeyd olunub ki, növbəti görüş Azərbaycanda keçiriləcək.