İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin Livana yenidən hücumları fonunda münaqişənin həlli ilə bağlı ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib.
Qarabaginfo.az xəbər verir ki, bunu İran prezident Məsud Pezeşkian deyib.
"Ali Milli Təhlükəsizlik Şurası danışıqların davam etdirilməli olduğu qənaətinə gəlib", - o deyib.
Prezident qeyd edib ki, hazırda bir çox media orqanı keçmiş Ali Rəhbər Seyid Əli Xameneinin ABŞ ilə danışıqların qəbuledilməzliyi ilə bağlı açıqlamalarını dərc etsə də o, bir vaxtlar bu məsələni Xamenei ilə şəxsən müzakirə edib və Ali Rəhbər o zaman danışıqların ləyaqətli şərtlər altında keçirilməsinə və davam etdirilməsinə icazə verib.
Pezeşkian onu da əlavə edib ki, Tehran son hadisələrə baxmayaraq qonşu ölkələrlə yaxşı münasibətləri bərpa edə bilib.