Ana Sayfa > Karusel / Dünya > ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb


Bu gün, 11:25. Yazar: Admin

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-ın Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, pilot katapult edərək təyyarəni tərk edib və xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri hələlik açıqlanmayıb.

Hadisə nəticəsində ərazidə meşə yanğını başlayıb. Xilasedicilər qəzanın baş verdiyi Rimrok gölü yaxınlığında istirahət edən şəxsləri təxliyə ediblər.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.


Geri dön