Ana Sayfa > Karusel / Səhiyyə / Cəmiyyət > Uzun yaşayan insanlar hansı vərdişlərə sahib olur?

Uzun yaşayan insanlar hansı vərdişlərə sahib olur?


Bu gün, 11:15. Yazar: Admin

Uzunömürlülük hər zaman insanların maraq dairəsində olub. Son onilliklərdə aparılan elmi araşdırmalar göstərir ki, 100 yaşdan çox yaşayan insanların müəyyən ortaq xüsusiyyətləri var.

Qarabaginfo.az bildirir ki, ABŞ-da yerləşən və “Mavi Zonalar” (Blue Zones) adlandırılan bölgələrdə – Yaponiyanın Okinava adasında, İtaliyanın Sardiniya bölgəsində, Kosta-Rikanın Nikoya yarımadasında və Yunanıstanın İkariya adasında yaşayan insanlar orta statistik göstəricilərdən daha uzun ömür sürürlər.

Araşdırmalara görə, bu insanların əsas vərdişləri bunlardır:

Bitki mənşəli qidaların üstünlük təşkil etməsi. Onların rasionunda tərəvəz, paxlalılar və meyvələr əsas yer tutur.

Fiziki aktivlik. Uzunömürlü insanların əksəriyyəti idman zalına getməsə də, gündəlik həyatda daim hərəkətdə olurlar.

Güclü sosial əlaqələr. Ailə və dostlarla sıx münasibətlər stressin azalmasına kömək edir.

Məqsəd hissi. Alimlər hesab edirlər ki, həyatda məqsədin olması psixoloji sağlamlığı gücləndirir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, sağlam həyat tərzi vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Mütəxəssislər qeyd edirlər ki, uzunömürlülük yalnız genetikadan asılı deyil. Həyat tərzi ən azı genlər qədər vacib rol oynayır.


Geri dön