Ana Sayfa > Karusel / Dünya > Tramp Parisdə Makronla görüşəcək

Tramp Parisdə Makronla görüşəcək


Bu gün, 07:38. Yazar: Admin

Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp

 

Fransa Prezidenti Emmanuel Makron G7 sammitindən sonra ABŞ Prezidenti Donald Trampın şərəfinə Versal sarayında təntənəli qəbul təşkil edəcək.

Bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.

Qəbulun rəsmi səbəbi ABŞ-ın müstəqilliyinin 250 illiyinin qeyd olunması olacaq.

Yelisey sarayında bildirilib ki, Versal sarayı 1783-cü ildə ABŞ-ın müstəqilliyini rəsmiləşdirən müqavilənin burada imzalanmasına görə Fransa-Amerika dostluğunun mühüm simvolu hesab olunur.

 


Geri dön