Ana Sayfa > Karusel / Dünya > ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər

ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər


Bu gün, 07:37. Yazar: Admin

ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər

ABŞ və İranın yüksək səviyyəli nümayəndələri gələn həftə İsveçrədə görüş keçirə bilərlər.

Bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, Pakistanın xarici işlər naziri İshaq Dar görüşün hazırlanması məqsədilə yaxın günlərdə İsveçrəyə səfər etməyi planlaşdırır.

Gözlənilən danışıqların gündəliyi barədə hələlik məlumat verilməyib.


Geri dön