Ana Sayfa > Karusel / Mədəniyyət > Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb

Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb


Dünən, 21:30. Yazar: Admin

Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb

Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Qarabaginfo.az xəbər verir ki, sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb.

Sənətkarın yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür.


Geri dön