Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
Ana Sayfa > Karusel / Dünya > AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək

AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək


13-06-2026, 19:31. Yazar: Admin

AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcək.

AFP-nin xəbərinə görə, sammit iyunun 15-17-də Fransanın Evian-les-Bains şəhərində keçiriləcək.

Məlumata görə, dəvət olunmuş liderlərin, o cümlədən Zelenskinin iştirakı ilə sessiyaların çərşənbə axşamı baş tutacağı bildirilir.

Məlumata görə, G7 liderləri Ukrayna Prezidenti ilə birlikdə Rusiyanı müharibənin dayandırılması ilə bağlı danışıqlara məcbur etmək üçün vahid yanaşma formalaşdırmağa çalışacaqlar.

Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Zelenskinin sammitdə iştirakı G7 daxilində, xüsusilə də danışıqlar məsələsində konsensusun bərpası baxımından mühüm əhəmiyyət daşıyır.


Geri dön