Ana Sayfa > Karusel / Kriminal > Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi

Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi


Bu gün, 16:51. Yazar: Admin

saxlanilan-gomrukculerin-ucu-buraxildi

İyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.

Qarabaginfo.az “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından 3-ü sonradan sərbəst buraxılıb. Məlumata əsasən, saxlanılan şəxslərdən biri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi, əməliyyat zamanı 4 əməkdaşın saxlanıldığı barədə məlumat yayılmışdı. Həmin şəxslərdən ikisinin qadın əməkdaş olduğu bildirilirdi.

Faktla bağlı araşdırmalar davam edir.


Geri dön