Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər
Ana Sayfa > Karusel / Dünya > Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər

Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər


Bu gün, 16:09. Yazar: Admin

Pakistan Baş naziri Şahbaz Şərif

 

ABŞ və İran arasında sazişin növbəti 24 saat ərzində yekunlaşdırılması gözlənilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

“Biz sülh sazişinə əvvəlkindən daha yaxınıq. Sazişin yekunlaşdırılmasının növbəti 24 saat ərzində baş tutacağı gözlənilir və Pakistan bundan dərhal sonra sülh sazişinin elektron imzalanmasına, ardınca isə gələn həftə texniki səviyyəli danışıqlara hazırlaşır”, - Baş nazir qeyd edib.

Şahbaz Şərif danışıqlar zamanı davamlı öhdəlik nümayiş etdirdiklərinə ABŞ və İrana təşəkkür edib, eyni zamanda bölgədəki qardaş ölkələrə göstərdikləri dəstəyə görə səmimi minnətdarlığını ifadə edib.

“Əminik ki, bu tarixi saziş uzunmüddətli və davamlı sülh üçün möhkəm təməl yaradacaq”, - o vurğulayıb.


Geri dön