Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir
Ana Sayfa > Karusel / Dünya > Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir

Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir


Bu gün, 09:17. Yazar: Admin

Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir

İsrail müdafiə naziri İsrael Katz ölkəsinin gələcəkdə İrana qarşı hərəkət azadlığını qorumaq istəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə öz “X” hesabında Vaşinqton və Tehran arasında münaqişənin həlli üçün aparılan danışıqları şərh edərkən məlumat verib.

"İsrail gələcəkdə də İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqil hərəkət etmək qabiliyyətimizi saxlamağımızı təmin etməlidir. Baş nazir Benyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə müvafiq hazırlıq görməyi tapşırdıq", - Katz yazıb.

Qeyd edək ki, İsrail əvvəllər də İranla hər hansı bir razılaşmanın İranın nüvə proqramına qadağa qoymasını, ballistik raket proqramına məhdudiyyət qoymasını və Yaxın Şərqdə Tehranın müttəfiq qüvvələrinə dəstəyin məhdudlaşdırılmasını əhatə etməsində israr edib.


Geri dön