Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ rəsmisi: İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur
Ana Sayfa > Karusel / Dünya > ABŞ rəsmisi: İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur

ABŞ rəsmisi: İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur


Dünən, 21:48. Yazar: Admin

ABŞ rəsmisi: İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur

Vaşinqton İranla müqavilə çərçivəsində zənginləşdirilmiş materiallar alacaq.

Bu barədə “Reuters“, ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

“İranla müqaviləyə yoxlama rejimi daxildir. Əgər İran buna əməl edərsə, iqtisadi cəhətdən mükafatlandırılacaq. Vaşinqton müqavilənin yaxın bir neçə gün ərzində imzalanacağını gözləyir. Sazişin layihəsi ABŞ sanksiyalarını aradan qaldırır və İranın nüvə proqramının ləğvinə gətirib çıxarır. İranlılar müqaviləni imzaladıqları üçün heç nə almayacaqlar. Hələ finiş xəttinə çatmamışıq, amma çox yaxınıq”, - ABŞ rəsmisi deyib.

O bildirib ki, İranla müqavilədə xüsusilə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi və zənginləşdirilmiş materialların təhvil verilməsi nəzərdə tutulur.

Belə ki, İranın fəaliyyətinə əsasən sanksiyaların əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi göslənilir.

“Zənginləşdirilmiş materialların məhv edilməsi və çıxarılması ilə bağlı detallar barədə də razılığa gəlinib. Anlaşma memorandumu iranlıların öhdəliklərini yerinə yetirmələri müqabilində iqtisadi fayda əldə etmələrinə imkan verən ümumi bir çərçivə yaradır. Biz inanırıq ki, İranda razılaşmaya qarşı çıxanlar çox azdır”, - rəsmi əlavə edib.


Geri dön