Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İqtisadiyyat > Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb
Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıbBu gün, 17:28. Yazar: Admin |
![]() “Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərara dəyişiklik edilib. Qarabaginfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 263,36 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə 100 MVt gücündə olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229,0 ha hektar torpaq sahəsi nəzərdə tutulmuşdu. Geri dön |