İsrail Müdafiə Ordusu Livanın cənubunda Litani çayının cənubunda yerləşən Saluki çayının şimal hissəsində əməliyyat nəzarətinin təmin edildiyini açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, İsrail hərbçiləri Saluki çayının şimalında yerləşən ərazidə əməliyyat nəzarətinin qurulması və ərazinin təmizlənməsi əməliyyatını başa çatdırıblar.
İsrail tərəfi əməliyyatın Livanın cənubundakı mövqelərin möhkəmləndirilməsi və ölkənin şimal yaşayış məntəqələrinə qarşı təhdidlərin aradan qaldırılması məqsədilə həyata keçirildiyini bildirib.
Məlumata görə, Saluki çayı ətrafındakı ərazi “Hizbullah” tərəfindən partlayıcı daşıyan pilotsuz aparatların buraxılması və İsrail hərbçilərinə hücumlar üçün istifadə olunurdu.
İsrail ordusu əməliyyat zamanı yüzlərlə hədəfin məhv edildiyini və 50-dən çox silahlının öldürüldüyünü iddia edib.