Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər

Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər


Bu gün, 17:12. Yazar: Admin

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə və Pakistan liderləri Ermənistan Baş naziri Nikol Paşinyanı “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.

Ermənistan mediasının xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması və bu istiqamətdə zəruri əməkdaşlığın təmin edilməsi barədə Ermənistan liderinin strateji baxışının uğurla həyata keçiriləcəyinə tam əminliyini ifadə edib.

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Nikol Paşinyana təbrik məktubunda ölkəsinin Azərbaycanla Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Pakistan lideri qeyd edib ki, Paşinyanın partiyasının qələbəsi Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın təşviqinə kömək edəcək.


Geri dön