Ana Sayfa > Karusel / Kriminal > Yüksək musiqi səsi üstündə qan töküldü:1 ölü, 4 yaralı

Yüksək musiqi səsi üstündə qan töküldü:1 ölü, 4 yaralı


Bu gün, 14:08. Yazar: Admin

 

Rusiyanın Krasnoyarsk vilayətində kişi səs-küy salan bir qrup insana atəş açıb.

Qarabaginfo.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsi məlumat verib.

Məlumata görə, Krasnoyarsk ərazisində İlansko-Nijneinqaş rayonunun sakini bir qrup insana atəş açmaqda şübhəli bilinir. Nəticədə bir nəfər ölüb, dörd nəfər xəstəxanaya yerləşdirilib.

Müstəntiqlərin sözlərinə görə, 11 iyun gecəsi 39 yaşlı qadın, üç kişi və şübhəli arasında Kanifolnı kəndindəki Şkolnaya küçəsindəki bir mağazanın yaxınlığında yüksək musiqi səsləri səbəbindən münaqişə baş verib.

“Hadisə zamanı atılan güllələrdən biri 38 yaşlı kişinin sinəsinə dəyib və nəticədə o, hadisə yerində ölüb. Hadisənin digər iştirakçıları bədənlərinin müxtəlif yerlərindən güllə yaraları alıb və tibbi yardım üçün xəstəxanaya aparılıblar”, – deyə regional İstintaq Komitəsi bildirib.

İlk atəş açıldıqda qrup maşınla qaçmağa cəhd edib. Lakin kişi maşına atəş açmağa davam edib. Hazırda o, həbsdədir.


Geri dön