Ana Sayfa > Karusel / Dünya > İran ABŞ-ın Oman körfəzində yük gəmisini vurduğunu bildirir

İran ABŞ-ın Oman körfəzində yük gəmisini vurduğunu bildirir


Bu gün, 13:54. Yazar: Admin

İran ABŞ-ın Oman körfəzində yük gəmisini vurduğunu bildirir

Bu gün səhər ABŞ hərbçiləri Oman körfəzində İrana məxsus yük gəmisinə zərbə endirib.

Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Sirik dairəsinin rəhbərinin sözlərinə görə, 150 tonluq yük gəmisi Omanının Xəsəb limanından zəruri mallar daşıyıb. Gəmi limandan təxminən 5 dəniz mili aralıda vurulub.

Hadisə zamanı göyərtədə olan 5 ekipaj üzvünün hamısı yaxınlıqdan keçən gəmilər tərəfindən xilas edilib və təhlükəsiz şəkildə Omana aparılıb.

ABŞ hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.


Geri dön