Ana Sayfa > Karusel / Siyasət > Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib


Bu gün, 12:26. Yazar: Admin

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Mərkəzi İcraiyyə Komitəsinin kiritik partiya məclisinin iclasından əvvəl 9 deputatı xaric etmək tələbi ilə intizam komitəsinə göndərməsi qərarı yeni qalmaqala səbəb olub.

NTV xəbər verir ki, Özgür Özel və komandası partiya məclisindən istefa vermək qərarına gəlib.

Mütləq etibarsızlıq qərarı ilə CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlunun 9 deputatı xaric etmək qərarından sonra Özgür Özelin komandası 45 gün ərzində fövqəladə qurultay keçirmək üçün partiya məclisindən istefa verib.

Özələ yaxın olan 57 partiya məclisi üzvündən 28-nin istefa verdiyi açıqlanıb.

Partiya nizamnaməsinə görə, partiya məclisi üzvlərinin sayı, üzvlərin ümumi sayının üçdə ikisindən (40-dan) az olarsa, 45 gün ərzində partiyanın qurultay keçirməsi mütləqdir.

Qeyd edək ki, məhkəmə CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu isə qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

 


Geri dön