Ana Sayfa > Karusel / İdman > FIDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb

FIDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb


Bu gün, 11:08. Yazar: Admin

FIDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qurumun Şurası bu qərarı Rusiya Şahmat Federasiyasının İdman Arbitraj Məhkəməsinin (CAS) müəyyən etdiyi tələbləri vaxtında yerinə yetirməməsi səbəbindən qəbul edib.

CAS-ın qərarına əsasən, Rusiya Şahmat Federasiyası 90 gün ərzində Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətləri və Krımda istənilən fəaliyyətini dayandırmalı idi.

FIDE-dən bildirilib ki, bu tələblərin yerinə yetirilməməsi səbəbindən federasiyanın üzvlüyü müvəqqəti olaraq dayandırılıb.


Geri dön