Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ-ın kommersiya neft ehtiyatları 427 mln. bareldən aşağı enib

ABŞ-ın kommersiya neft ehtiyatları 427 mln. bareldən aşağı enib


Bu gün, 09:34. Yazar: Admin

ABŞ-ın kommersiya neft ehtiyatları 427 mln. bareldən aşağı enib

ABŞ-da kommersiya neft ehtiyatları 7 227 min barel azalıb və 426 485 min barel təşkil edib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 000 min barel azalacağını proqnozlaşdırırdı.

Əlavə etmək lazımdır ki, ABŞ-ın kommersiya neft ehtiyatları yeddinci həftədir ardıcıl olaraq azalır.

Onu da qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Geri dön