Ana Sayfa > Karusel / Dünya > Rusiya səfiri Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb

Rusiya səfiri Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb


Bu gün, 00:08. Yazar: Admin

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin

 

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən TASS-a bildirilib.

“Moskvadakı məsləhətləşmələrdən sonra səfir İrəvana qayıdıb və öz işinə başlayıb, Rusiya Günü münasibətilə qəbul keçirəcək”, - XİN-dən qeyd olunub.

Qeyd edək ki, may ayının sonunda Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşması ilə əlaqədar məsləhətləşmələr üçün Moskvaya qayıdıb.


Geri dön