"Azərbaycanda sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət mexanizmləri nəzərdə tutulur".
Qarabaginfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin idarə rəisi Aytən Məmmədova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən İnzibati Xətalar Məcəlləsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihəsinin ictimai müzakirəsində deyib.
Onun sözlərinə görə, layihədə xüsusilə effektiv tənzimləmə və nəzarət mexanizmləri yer alır: “Valideynlər bu alətlər vasitəsilə uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxtı idarə edə biləcəklər. Eyni zamanda onların qarşısına çıxan məzmun və reklamlar da valideyn nəzarəti ilə tənzimlənəcək. Bu yanaşma uşaqların psixoloji və fizioloji inkişafının erkən mərhələdə zədələnməsinin qarşısını almağa və onların real sosial-mədəni mühitə adaptasiyasını təmin etməyə xidmət edir”.