Ana Sayfa > Karusel / Siyasət > Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdirBu gün, 16:17. Yazar: Admin |
|
"Təklif edilən qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir". Qarabaginfo.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə İnzibati Xətalar Məcəlləsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib. O bildirib ki, bu dəyişikliklər cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır: “Uşaqların zərərli informasiya və təsirlərdən müdafiəsi ciddi bir məsələdir. Sosial şəbəkələr günümüzün reallığıdır. Təəssüflə qeyd olunur ki, uşaqlar bu platformalara erkən yaşlarda daxil olur və yetkinlik yaşına çatmadan müxtəlif zərərli təsirlərə məruz qalırlar. Sosial şəbəkələrdə uşaq qanunlarına zidd davranışlara sövqedici hallar da müşahidə oluna bilər. Məhz bu kimi halların qarşısının alınması üçün bu qanun təklif olunur”. Elmir Vəlizadə vurğulayıb ki, 13 yaşdan yuxarı uşaqların böyük əksəriyyəti bir və ya bir neçə sosial şəbəkədən istifadə edir: “Sosial platformaların əsas məqsədi istifadəçilərin daha çox platformada qalmasını təmin etməkdir və bu da şirkətlər üçün gəlir mənbəyi yaradır. Uşaqların orta hesabla gündə 2–4 saatdan çox sosial şəbəkələrdə vaxt keçirdiyi bildirilir. Bu isə kənar təsirlər nəticəsində onların həmyaşıdlarına və valideynlərinə qarşı arzuolunmaz davranışlar sərgiləməsinə səbəb ola bilər. Qız uşaqlarının bu təsirlərə daha çox məruz qaldığı da qeyd edilir”. O, həmçinin vurğulayıb ki, ölkəmizdə bu istiqamətdə işlər davamlı şəkildə həyata keçirilir. Geri dön |