Ana Sayfa > Karusel / Siyasət > Rusiya XİN: Moskva Tbilisi ilə əməkdaşlığı genişləndirməyə hazırdır

Rusiya XİN: Moskva Tbilisi ilə əməkdaşlığı genişləndirməyə hazırdır


Bu gün, 16:14. Yazar: Admin

 

Rusiya XİN: "Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırırıq"

"Moskva xarici siyasətində Avropa diktatına qətiyyətlə müqavimət göstərən Tbilisi ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır".

Qarabaginfo.az verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, “Gürcüstan hakimiyyəti ölkənin suverenliyi və ləyaqətinin geri qaytarılmasının xeyrinə qəti seçim edib”.

Zaxarova Rusiyanın Gürcüstanın xaricdən olan göstərişlərə son qoymaq cəhdlərini anlayışla qəbul etdiyini bildirib.

"Moskva qarşılıqlı fayda gətirən və qarşılıqlı hörmət əsasında qurulan əməkdaşlığın genişləndirilməsinə açıqdır", - XİN rəsmisi əlavə edib.


Geri dön