Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan və Cənubi Kipr Rum Administrasiyasına xəbərdarlıq edib.
Qarabaginfo.az xəbər verir ki, partiyasının qrup iclasında çıxış edən Ərdoğan Yunanıstan və Cənubi Kiprin İsraillə birlikdə Şərqi Aralıq dənizində ittifaq içərisində olmalarına diqqət çəkib.
Türkiyə Prezidenti onlara bölgədə “macəra axtarmamaları” ilə bağlı xəbərdarlıq edib.
“Aralıq dənizində və Kiprdə fitnə alovlarının yandırılması cəhdlərini görürük və izləyirik. Heç kim macəra axtarmasın. Əgər Türkiyənin və Kipr türklərinin hüquqları Şərqi Aralıq dənizində təhdid altında olarsa, cavabımız çox sərt və qəti olacaq”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğan onu da əlavə edib ki, Türkiyənin təhlükəsizliyi Hələb, Dəməşq və Beyrutdan başlayır.