Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir
Ana Sayfa > Karusel / Dünya > Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir

Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir


10-06-2026, 10:04. Yazar: Admin

 

Picture background

Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi açıqlamalarının onu qəzəbləndirdiyini etiraf edib.

Bu barədə "Onet" portalı məlumat yayıb.

“Məni də bəzən sərhədin o tayından gələn ağılsız bəyanatlar qıcıqlandırır. Mən uzun müddət Zelenskiyə izah etmişəm ki, sizin öz hissləriniz var, bizim də öz hisslərimiz. Biz sizə necə qayğı göstəririksə, siz də bizə elə yanaşın”, - deyə Tusk bildirib.

Polşa hökumət başçısı hesab edir ki, Varşava ilə Kiyev arasındakı münasibətlər bərabərhüquqlu əsasda qurulmalıdır.

Onun sözlərinə görə, iki ölkə arasındakı tərəfdaşlıq qarşılıqlı hörmət prinsiplərinə söykənməlidir.


Geri dön