Avropa Komissiyası Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiya paketinə daxil edilməsini təklif edib.
Bu barədə "Euronews" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
“Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Avropa Komissiyasının son sanksiya təklifinə daxil edilən şəxslər arasındadır”, - deyə telekanal bildirib.
Hazırda təklif Aİ üzv ölkələri tərəfindən müzakirə olunur.