Ana Sayfa > Karusel / Dünya > Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir

Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir


Bu gün, 07:02. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski və Polşanın Baş naziri Donald Tusk

 

Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi açıqlamalarının onu qəzəbləndirdiyini etiraf edib.

Bu barədə "Onet" portalı məlumat yayıb.

“Məni də bəzən sərhədin o tayından gələn ağılsız bəyanatlar qıcıqlandırır. Mən uzun müddət Zelenskiyə izah etmişəm ki, sizin öz hissləriniz var, bizim də öz hisslərimiz. Biz sizə necə qayğı göstəririksə, siz də bizə elə yanaşın”, - deyə Tusk bildirib.

Polşa hökumət başçısı hesab edir ki, Varşava ilə Kiyev arasındakı münasibətlər bərabərhüquqlu əsasda qurulmalıdır.

Onun sözlərinə görə, iki ölkə arasındakı tərəfdaşlıq qarşılıqlı hörmət prinsiplərinə söykənməlidir.


Geri dön