Bolqarıstan Ukraynaya göstərdiyi hərbi yardımı dayandırır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məlumata görə, Bolqarıstanın yeni hökuməti Ukraynaya silah tədarükünü davam etdirməyəcəyini bəyan edib. Rəsmi Sofiya münaqişənin hərbi yolla dəstəklənməsi əvəzinə, onun diplomatik yollarla nizamlanmasının tərəfdarı kimi çıxış etdiyini bildirib.