Ana Sayfa > Karusel / Dünya > “Mən nə desəm, Netanyahu onu edir” –Tramp

“Mən nə desəm, Netanyahu onu edir” –Tramp


Bu gün, 11:37. Yazar: Admin

 

ABŞ Prezidenti Donald Tramp Baş nazir Benyamin Netanyahunun İsrailə raket hücumlarına cavab olaraq İrana qarşı hərbi əməliyyat əmri verməklə ona qarşı çıxması iddialarını rədd edib.

Tramp BBC-yə müsahibəsində deyib ki, o, nə desə Netanyahu edir.

“Əgər mən ona nəsə etməyi desəm, o, bunu edir”, – Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, Netanyahuya sağlam məntiqlə hərəkət etməli olduqlarını deyib:

“Mən Netanyahuya sadəcə dedim ki, sağlam məntiqlə hərəkət etməliyik. Biz çox güclü, çox yaxşı bir razılaşma imzalamağa yaxınıq”.


Geri dön