Ana Sayfa > Karusel / Kriminal > Abşeronda sürücülər arasında insidentə görə bir nəfər saxlanılıb

Abşeronda sürücülər arasında insidentə görə bir nəfər saxlanılıb


Bu gün, 11:27. Yazar: Admin

hemin-surucu-saxlanildi-masini-cerime-meydancasina-salindi

İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

 


Geri dön