Ana Sayfa > Karusel / İqtisadiyyat > Bakı-Supsa neft kəməri SOCAR-ın operatorluğuna keçib

Bakı-Supsa neft kəməri SOCAR-ın operatorluğuna keçib


Bu gün, 09:54. Yazar: Admin

Bakı-Supsa neft kəməri SOCAR-ın operatorluğuna keçib

8 iyun 2026-cı il tarixindən etibarən Qərb İxrac Boru Kəməri (QİBK) və onun ayrılmaz hissəsi olan Supsa terminalı “SOCAR Midstream Operations” MMC-nin operatorluğuna keçib.

“SOCAR Midstream Operations"dan Qarabaginfo.az-a verilən məlumata görə, Gürcüstanın Neft və Qaz Korporasiyası ilə SOCAR arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, bp ilə mövcud operatorluq müqaviləsi başa çatıb və əməliyyat məsuliyyəti “SOCAR Midstream” tərəfindən qəbul edilib.

Qeyd olunur ki, Xəzər regionunu Qara dəniz və beynəlxalq bazarlarla birləşdirən əsas enerji marşrutlarından biri olan QİBK regional enerji infrastrukturunun mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini qorumaqda davam edir.

Xatırlada ki, öncə qeyd olunan infrastruktur obyektlərinin operatoru BP şirkəti idi.


Geri dön