Ana Sayfa > Karusel / Dünya > IDF İranla müharibənin yenidən başlayacağını gözləyir, CENTCOM-la “tam koordinasiya” olduğunu bildirir

IDF İranla müharibənin yenidən başlayacağını gözləyir, CENTCOM-la “tam koordinasiya” olduğunu bildirir


Bu gün, 14:21. Yazar: Admin

IDF İranla müharibənin yenidən başlayacağını gözləyir, CENTCOM-la “tam koordinasiya” olduğunu bildirir

İranla döyüşlərin ən azı bir neçə gün davam edəcəyini gözləyirik, hətta müharibənin yenidən tam şəkildə başlaması ehtimalı da var.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri - IDF açıqlama yayıb.

Bildirilir ki, gecədən bəri indiyədək İran İsrailə ən azı 20 ballistik raket atıb.

İsrail ordusunun məlumatına görə, bu raketlər ya zərərsizləşdirilib, ya da açıq ərazilərə düşüb.

Bundan əlavə, İranın dəstəklədiyi Yəməndəki husilər bu səhər İsrailə iki ballistik raket atıblar.

Məlumata görə, raketlərdən biri vurularaq məhv edilib, digəri isə ölkəyə çatmayıb.

İsrail bu hücumlara cavab olaraq indiyədək İrana qarşı iki hava zərbələri dalğası həyata keçirib.

Gecə ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə İranın qərb və mərkəzi hissələrində 9 Hava Hücumundan Müdafiə sistemini vurub. Bu səhər isə İsrail Hərbi Hava Qüvvələri İranın cənub-qərbindəki neft-kimya kompleksində yerləşən üç zavodu hədəf alıb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, zərbələr yalnız İsrail tərəfindən həyata keçirilir, lakin ABŞ Mərkəzi Komandanlığı - CENTCOM ilə “tam koordinasiya” mövcuddur. ABŞ hərbçilərinin də İranın İsrailə atdığı raketlərin zərərsizləşdirilməsində iştirak etdiyi bildirilir.

Eyni zamanda, qeyd olunub ki, IDF Baş Qərargah rəisi general-leytenant Eyal Zamir CENTCOM rəhbəri admiral Bred Kuperlə üç dəfə telefon danışığı aparıb.


Geri dön