Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Papuaşvili: Azərbaycanla Ermənistan arasında davam edən dialoq Gürcüstan üçün vacibdir
Ana Sayfa > Karusel / Siyasət / Region > Papuaşvili: Azərbaycanla Ermənistan arasında davam edən dialoq Gürcüstan üçün vacibdir

Papuaşvili: Azərbaycanla Ermənistan arasında davam edən dialoq Gürcüstan üçün vacibdir


8-06-2026, 12:22. Yazar: Admin

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

 

"Bölgəmizdə sülh və sabitlik bizim üçün mühüm əhəmiyyət daşıyır. Gürcüstan bunu təkbaşına təmin edə bilməz. Regionun hər bir ölkəsinin buna sadiq qalması vacibdir".

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyan və onun partiyasına uğurlar arzuladığını bildirib.

"Regionda mövcud dinamika, Azərbaycanla Ermənistan arasında sülh sazişinə aparan yol, sərhədlərin açılması, iki qonşu ölkəmiz arasında davam edən dialoq bizim üçün vacibdir", - Papuaşvili əlavə edib.

Spikerin sözlərinə görə, Nikol Paşinyanın vədləri Ermənistanda sülh və əmin-amanlığı təmin etməkdən ibarət olub:

"Bu da yekun nəticədə bütün bölgə üçün sülh və sabitlik deməkdir. Bu, öz növbəsində regiondakı hər bir ölkənin və millətin rifahına fayda verəcək".


Geri dön