Ana Sayfa > Karusel / Dünya > Tramp İrana danışıqlara qayıtmağı tövsiyə edib

Tramp İrana danışıqlara qayıtmağı tövsiyə edib


Bu gün, 10:40. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı və danışıqlar masasına qayıdaraq razılaşma əldə etməyi tövsiyə edib.

Bu barədə Tramp “Fox News” telekanalına açıqlamasında bildirib.

“İrana məsləhətim belə olardı ki, raketlərinizi atdınız və bununla kifayətlənin. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”, – deyə ABŞ prezidenti vurğulayıb.

Trampın sözlərinə görə, mövcud vəziyyətdə ən doğru addım gərginliyi artırmaq deyil, diplomatik həll yollarına üstünlük verməkdir.

ABŞ lideri əlavə edib ki, Amerika ordusu hazırda yüksək hazırlıq vəziyyətinə gətirilib.


Geri dön