“Hazırkı xətt boyunca cəbhə xəttinin dondurulması sülhə aparan ən sürətli yol ola bilər“.
Qarabaginfo.az bildirir ki, bu barədə prezident Zelenski Sky News-a verdiyi müsahibədə deyib. Prezidentdən cəbhə xəttinin hazırkı vəziyyətinə gətirilməsi ilə atəşkəsə razı olub-olmayacağı soruşulub.
“Bəli. Bu, ən sürətli yoldur”, – deyə Zelenski cavab verib.
Lakin o, vurğulayıb ki, söhbət sadəcə Rusiyaya ələ keçirdiyi ərazini “verməkdən” getmir. Zelenskinin sözlərinə görə, belə bir addım Ukraynaya həyatları xilas etmək, əsgərləri geri qaytarmaq və müharibəni diplomatik səviyyəyə çatdırmaq üçün vaxt və fürsət verməlidir.
